Dünya

Floridada edam edilən ən yaşlı insan: Son sözləri nə oldu? - FOTO

26 Jun 2026, 15:48 1 baxış
Floridada edam edilən ən yaşlı insan: Son sözləri nə oldu? - FOTO
ABŞ-nin Florida ştatında 1992-ci ildə həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən 74 yaşlı Dasti Rey Spenser edam edilib. Bununla da o, ştatın müasir tarixində edam edilən ən yaşlı məhbus olub. Bu barədə Oxu.Az "Foxnews" telekanalına istinadən məlumat verir. Bildirilir ki, edam Stark yaxınlığındakı Florida həbsxanasında inyeksiya yolu ilə həyata keçirilib. Həbsxana əməkdaşları ona tərkibində üç preparat olan inyeksiya yeridiblər. Dasti Rey Spenser son sözlərində ailəsindən üzr istəyib. "Ailəmdən üzr istəyirəm. Ruhumu və qəlbimi sənin əlinə verirəm, yoldayam, Tanrım. Amin", - deyə o bildirib. Edamdan sonra Spenserin ailəsi heç bir açıqlama verməyib.
{{gallery}} Eyni zamanda, onun edamı Floridada bu il doqquzuncu olub. Qeyd edək ki, 1992-ci ilin noyabr ayında Dasti Rey Spenser həyat yoldaşı Karen Spenserin qətlində birinci dərəcəli təqsirli bilinib.
Floridada edam edilən ən yaşlı insan: Son sözləri nə oldu? - FOTO Floridada edam edilən ən yaşlı insan: Son sözləri nə oldu? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər