Dünya

"Haber Global"ın Azərbaycanın Silahlı Qüvvələr Günü ilə bağlı süjeti: "Onlar dastan yazdılar" - VİDEO

26 Jun 2026, 15:52 1 baxış
"Haber Global"ın Azərbaycanın Silahlı Qüvvələr Günü ilə bağlı süjeti: "Onlar dastan yazdılar" - VİDEO
"Müzəffər Azərbaycan Ordusu bu gün yaranmasının 108-ci ildönümünü qeyd edir. 2020-ci ildə Qarabağ Zəfəri ilə gücünü bütün dünyaya göstərən və öz torpaqlarını erməni işğalından azad edən Azərbaycan əsgərlərinin yazdığı dastan ölkəmizin, azərbaycanlıların, dostlarımızın qəlbini qürur hissi ilə doldurur". Oxu.Az-ın xəbərinə görə, bu sözlər "Haber Global" "YouTube" kanalının Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə bağlı hazırladığı videosüjetdə deyilir. "Onlar dastan yazdılar. Azərbaycanın qəhrəman əsgərləri Qarabağda Zəfərə gedən yolu qarış-qarış hazırladılar. 28 may 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycanda Osmanlı zabitlərinin də töhfələri ilə qurulan ordu bu gün bölgənin ən güclüləri sırasında yer alır. 2020-ci ildə İkinci Qarabağ müharibəsində qüdrətini göstərən Azərbaycan Ordusu o vaxtdan bəri quruluş ildönümünü torpaqlarını işğaldan azad etməyin və Zəfərin qüruru ilə qeyd edir", - deyə materialda bildirilib. "Azərbaycan Ordusunun Türkiyə ilə əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edir. Dost və qardaş iki ölkə hərbi təlim, birgə təlimlər və müdafiə sənayesi sahəsində çoxşaxəli tərəfdaşlıq həyata keçirirlər", - deyə süjetdə diqqətə çatdırılıb. Daha ətraflı videosüjetdə:
Mənbə oxu.az

Oxşar Xəbərlər