Dünya
KİV: İranın zərbələrinin ABŞ-nin Bəhreyndəki hərbi bazasını yararsız hala saldığı məlum olub
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Bəhreyndə yerləşən və Beşinci Donanmanın qərargahı olan bazası bu yaz İranın cavab zərbələr zamanı ciddi zədələnib və artıq öz əsas funksiyalarını yerinə yetirmək üçün yararlı deyil. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri Pentaqondakı mənbələrə və peyk görüntülərinin təhlilinə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki, ABŞ HDQ baza ərazisindəki böyük dağıntılar barədə məlumatı rəsmi olaraq təsdiqləməyib. WSJ-nin məlumatına əsasən, aktiv döyüş əməliyyatları dövründə İranın endirdiyi zərbələr nəticəsində donanmanın qərargah binası əhəmiyyətli dərəcədə dağılıb. Həmçinin ABŞ HDQ-nin təlim kompleksi, liman infrastrukturu, kazarmalar və anbar obyektləri də ciddi ziyan görüb. Hazırda Pentaqon Bəhreyndəki baza ilə bağlı müxtəlif variantları, o cümlədən onun funksiyalarının bir qisminin Yaxın Şərqdəki digər obyektlərə köçürülməsini nəzərdən keçirir. Bəhreyndəki baza obyektlərinin inşasının ümumi dəyəri 400 milyon dollar olaraq qiymətləndirilir. Bəhreyndəki baza 1995-ci ildən bəri ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının əsas dayaq məntəqəsidir. İran sahillərindən 240 km məsafədə yerləşən bu obyekt Amerika donanmasının bütün növ gəmilərini qəbul etmək imkanına malikdir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər