Dünya
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi - FOTO
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ildönümünü təbrik edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə nazirliyin "X" səhifəsində paylaşım edilib. "Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü mübarək olsun! Qardaş Azərbaycanın təhlükəsizliyi və əmin-amanlığı üçün gecə-gündüz çalışan qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. Hər zaman bir ürək, bir yumruq olmağa davam edəcəyik!" - deyə paylaşımda bildirilib.
Mənbə
oxu.az