Dünya
Venesuelada zəlzələ nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI
Venesuelada baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 235 nəfərə çatıb. 4.3 mindən artıq insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Oxu.Az xəbər verir ki, bu rəqəmləri ölkənin səhiyyə naziri Karlos Alvarado "Venezolana de Television" dövlət televiziyasının canlı yayımında açıqlayıb. "Çox təəssüf ki, tibb mərkəzlərimizə gətirilərkən artıq həyatını itirmiş və ya heç bir həyat əlaməti olmayan 235-ə yaxın pasiyent qəbul etmişik", - deyə qurum rəhbəri vurğulayıb. Nazir bildirib ki, hazırda 4 300-dən çox zərərçəkmişə zəruri tibbi yardım göstərilib. "Yaralıların bir qismi yüngül xəsarətlər alıb, lakin vəziyyəti orta ağır və çox ağır olan xəstələrimiz də mövcuddur", - deyən Alvarado bir çox insana cərrahi əməliyyat edildiyini və ən gərgin vəziyyətin La-Quayra ştatında yaşandığını diqqətə çatdırıb.
Mənbə
oxu.az