Dünya
Şanxayda Çin yelpiyi formasında yeni opera binası inşa edilib - FOTO
Şanxayda inşa olunan və forması ilə Çin yelpiyini xatırladan ən nəhəng opera teatrı yaxın zamanda qapılarını ziyarətçilərin üzünə açacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Jenmin Jibao" nəşri məlumat yayıb. Binanın ən diqqətçəkən xüsusiyyəti damına qədər uzanan nəhəng ağ spiral pilləkəndir. Məhz bu memarlıq elementi sayəsində teatr binası yuxarıdan baxıldıqda açılmış Çin yelpiyini xatırladır. Mədəniyyət kompleksinin ümumi tikinti sahəsi 146 min kvadratmetr təşkil edir. Teatrın daxilində müvafiq olaraq 2 000, 1 200 və 1 000 tamaşaçı tutumuna malik üç böyük zal mövcuddur. Əsas zal 3 500 kvadratmetrlik sahəni əhatə edir ki, bu da onu Asiyada ən böyük zal edir. Yeni teatrın 2026-cı ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az