Dünya

ABŞ siyasi sığınacaq almaq üçün müraciətlərin qəbulunu tamamilə dayandırır

26 Jun 2026, 03:18 2 baxış
ABŞ siyasi sığınacaq almaq üçün müraciətlərin qəbulunu tamamilə dayandırır
ABŞ siyasi sığınacaq almaq üçün müraciət edən xarici vətəndaşların qəbulunu demək olar ki, tamamilə dayandırır. TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev aparat rəhbərinin müavini Stiven Miller bəyan edib. "ABŞ-nin qapıları sığınacaq axtaran şəxslər üçün tamamilə bağlıdır. Əgər siz sığınacaq üçün müraciət etsəniz, biz dünyada sizi qəbul edəcək başqa bir ölkə tapacağıq", - deyə ABŞ liderinin müşaviri qeyd edib.
Mənbə oxu.az