Dünya
Xərçəng xəstəliyindən qorunmaq üçün hansı müayinələr vacibdir?
Həkim Karen Folkner xərçəng xəstəliyi haqqında cəmiyyətdə geniş yayılmış ən davamlı miflər və yanlış təsəvvürlər barədə danışıb. Oxu.Az xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb. O, onkoloji xəstəliklərlə bağlı ən təhlükəli düşüncənin xərçəngin mütləq şəkildə ağrı və diskomfort yaratması inancı olduğunu vurğulayıb. Folkner qeyd edib ki, praktikada xəstəliyin hətta son mərhələlərində belə heç bir simptom müşahidə olunmaya bilər: "Özünü sağlam hiss etmək və həqiqətən sağlam olmaq - bunlar hər zaman eyni şey deyil". Mütəxəssis nümunə olaraq prostat xərçəngini göstərib. O bildirib ki, bu xəstəlik çox vaxt gizli şəkildə irəliləyir. Əgər şiş uretradan uzaqda, orqanın xarici hissəsində böyüyürsə, ilkin mərhələdə simptomlar ortaya çıxmır. Bədxassəli proses yalnız digər orqanlara yayıldıqda ağrılar və digər əlamətlər özünü göstərir. Özünü qorumaq üçün həkim 40-50 yaşdan sonra hər il mütəmadi müayinələrdən keçməyi tövsiyə edib. Onun sözlərinə görə, insanlar bağırsaq və ağciyər xərçəngi, kişilər prostat, qadınlar isə süd vəzisi və çanaq orqanları xərçəngi üçün vaxtında skrininq (profilaktik müayinə) etdirməlidirlər.
Mənbə
oxu.az