Dünya
Britaniya kralının şəxsi vergi ödənişləri ilk dəfə olaraq açıqlanıb
Böyük Britaniyada monarxın şəxsi vergi ödənişləri ilk dəfə olaraq ictimaiyyətə açıqlanıb. Bukingem sarayının bəyanatında bildirilir ki, 2022-ci ildə taxta çıxdığı vaxtdan bəri Kral III Çarlz 30 milyon funt sterlinqdən (40 milyon dollar) çox vergi ödəyib. Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir. "Kral vəzifəsinin icrasına başladıqdan sonrakı iki tam vergi ili ərzində əlahəzrətin vergi ödənişləri müvafiq olaraq 2023-2024-cü illərdə 11.7 milyon funt sterlinq, 2024-2025-ci illərdə isə 12.9 milyon funt sterlinq təşkil edib", - deyə bəyanatda qeyd olunur.
Mənbə
oxu.az