Dünya
Dubayda tanınmış tiktoker edam edilə bilər - FOTO
Böyük Britaniyadan olan tiktoker Bruk Corca Dubayda internet vasitəsilə tanış olduğu gənci qətlə yetirməkdə ittiham irəli sürülüb və onu BƏƏ-də güllələnmə yolu ilə ölüm hökmü gözləyir. Oxu.Az bildirir ki, bu barədə "Daily Mail" qəzeti "Detained in Dubai" hüquq-müdafiə təşkilatına istinadən xəbər verir. Bloqerin 23 yaşı var və o, İngiltərənin Qreyvzend (Kent qraflığı) şəhərindəndir. Nəşrin məlumatına görə, həyatını itirən şəxs isə yenə Kent qraflığından olan 26 yaşlı Uilyam Tribidir. "Bruk britaniyalı gənci onun mənzilində mətbəx bıçağı ilə qətlə yetirməkdə ittiham olunur. Hadisənin hücum iddiasından sonra baş verdiyi bildirilir. Hüquq-müdafiə təşkilatı iddia edir ki, qadına yumruq zərbəsi endirilib və o, özünü müdafiə məqsədilə hərəkət edib", - deyə KİV yazır. BƏƏ-də saxlanılan tiktokerin ailəsi Tribinin əvvəlcə ona xoş münasibət göstərdiyini, lakin sonradan onu istismar etməyə başladığını, pasportunu əlindən aldığını və Böyük Britaniyaya qayıtmasına icazə vermədiyini iddia edir. İş üzrə yekun qərarı məhkəmə verəcək. Ölkə qanunvericiliyinə əsasən, qəsdən adamöldürmə ölüm hökmü tətbiq edilə bilən cinayətlər sırasına daxildir.
Mənbə
oxu.az