Dünya

Zelenski Rusiya ilə müharibəni bitirmək üçün 40 günlük əməliyyatı təsdiqlədi

25 Jun 2026, 23:24 3 baxış
Zelenski Rusiya ilə müharibəni bitirmək üçün 40 günlük əməliyyatı təsdiqlədi
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiyanı müharibəni dayandırmağa sövq etmək məqsədilə 40 günlük təsir əməliyyatına başlayır. Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib. Dövlət başçısı UTX rəhbəri Yevgeni Xmaranın "uzaqmənzilli sanksiyalar, ortamənzilli sanksiyalar planı" və "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin cəbhədəki nəticələri barədə hesabatının yekunlarından danışıb. Zelenski bəyan edib ki, ardıcıl bir neçə aydır məhz UTX müxtəlif tipli pilotsuz uçuş aparatları sayəsində Ukraynanın cəbhədəki mövqelərinin qorunmasında ən yüksək göstəricilər nümayiş etdirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər