Dünya
Venesueladakı zəlzələlərdə qeyri-adi məqam: Alimlər şoka düşdülər
Darem Universitetinin Yer elmləri professoru Mark Allen Venesuelada baş verən iki güclü zəlzələ arasındakı qeyri-adi dərəcədə qısa intervala diqqət çəkib. Oxu.Az CNN telekanalına istinadən xəbər verir ki, alim baş verən təkanların miqyaslarını nəzərə aldıqda, onların vaxt baxımından bir-birinə bu qədər yaxın olmasını qeyri-adi kimi qiymətləndirib. Ekspertin fikrincə, birinci təkan sınma xəttinin bir seqmentinin qırılmasına səbəb olub və yaranan gərginliyi qonşu seqmentə ötürüb, bu da ikinci hadisənin baş verməsini şərtləndirib. Avstraliyalı seysmoloq Adam Paskal isə qeyd edib ki, birinci zəlzələdən cəmi 40 saniyə sonra qeydə alınan ikinci təkan ikiqat daha güclü olub. Xatırladaq ki, iyunun 24-də axşam Venesuelada 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan baş verib. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib.
Mənbə
oxu.az