İdman
Şarabutdin Maqomedovun qızından atasına MARAQLI SUAL
"UFC Fight Night"da ikinci əsas döyüşdə orta çəki dərəcəsində Mişel Pereyra ilə qarşılaşacaq Şarabutdin "Shara Bullet" Maqomedovun mətbuat konfransında maraqlı məqam da baş verib. Oxu.Az xəbər verir ki, Şara Bulletin qızı jurnalistlərlə birgə atasına sual ünvanlayıb. O, atasının böyük kəməri nə vaxt alacağı barədə soruşub. Şara isə qeyd edib ki, qarşıdakı döyüş böyük kəməri almağa onu bir addım daha yaxınlaşdıracaq. Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.
Mənbə
oxu.az