İdman

İngiltərə - Qana matçında diqqətçəkən epizod: Bellinqem niyə qırmızı vərəqə almadı? - FOTO

24 Jun 2026, 14:00 2 baxış
İngiltərə - Qana matçında diqqətçəkən epizod: Bellinqem niyə qırmızı vərəqə almadı? - FOTO
İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem DÇ-2026-nın qrup mərhələsinin II turunda Qana ilə keçirilən matç (0:0) zamanı rəqib futbolçu - Cordan Ayuya müraciət edərkən ağzını əli ilə bağlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Championat.com məlumat yayıb.
Yeni qaydalara əsasən, bu cür hərəkətə yol verən futbolçu meydandan qovula bilər, lakin ingilis oyunçu cəzalanmadan yaxa qurtarıb. Qeyd edək ki, bundan əvvəl Paraqvay yığmasının futbolçusu Migel Almiron oxşar epizoda görə VAR sisteminə baxıldıqdan sonra meydandan kənarlaşdırılmışdı. Paraqvaylı oyunçu Türkiyə ilə qarşılaşmada (1:0) qırmızı vərəqə almışdı.
İngiltərə - Qana matçında diqqətçəkən epizod: Bellinqem niyə qırmızı vərəqə almadı? - FOTO İngiltərə - Qana matçında diqqətçəkən epizod: Bellinqem niyə qırmızı vərəqə almadı? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər