İdman
DÇ-2026: Kabo-Verde millisi dünya çempionatları tarixində unikal nailiyyətə imza atdı
Futbol üzrə dünya çempionatının (DÇ-2026) H qrupunun II turu çərçivəsində Kabo-Verde yığması Uruqvayla qarşılaşmada (2:2) hesabı cərimə zərbəsindən vurulan qolla açıb. Bununla da, Afrika təmsilçisi mundiallarda debüt qolunu birbaşa cərimə zərbəsindən vuran ilk komanda kimi tarixə düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "OptaJoe" sosial şəbəkə hesabında məlumat yayıb. Qeyd edək ki, Kabo-Verde yığmasının tarixi qoluna Rusiyanın "Krasnodar" klubunun yarımmüdafiəçisi Kevin Lenini imza atıb.
Mənbə
oxu.az