Dünya

Finlandiya elitası gizli şəkildə müharibəyə hazırlaşır?

24 Jun 2026, 12:44 1 baxış
Finlandiya elitası gizli şəkildə müharibəyə hazırlaşır?
Finlandiyada 2011-ci ildən bəri rəhbər şəxslərin və elitanın müharibəyə hazırlığı üzrə məxfi proqram fəaliyyət göstərir. Hazırda Helsinkidə yerləşən Santahamina gizli hərbi bazasında bank və texnologiya sahələrinin nümayəndələri üçün nəzərdə tutulan 3,5 həftəlik milli müdafiə kursuna tələbat xüsusilə artıb. Oxu.Az xəbər verir ki, bu barədə "Streamlinefeed" nəşri məlumat yayıb. Təlimlər ildə dörd dəfə təşkil olunur. Hər kursda parlamentin, mühüm infrastruktur şuralarının, kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət 50 nəfərlik qrup iştirak edir. Hazırda Finlandiyanın bu təcrübəsi Avropanın digər dövlətlərinin hökumətləri tərəfindən də dərindən öyrənilir. Bir müddət əvvəl Finlandiya parlamenti ABŞ ilə hərbi əməkdaşlıq haqqında sazişi yekdilliklə təsdiqləyib. Helsinkidə hesab edirlər ki, Qərb dünyasının lideri ilə imzalanmış bu ikitərəfli müqavilə finlər üçün əlavə təhlükəsizlik zəmanəti olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər