Dünya

Filippində güclü zəlzələ baş verib

24 Jun 2026, 12:00 3 baxış
Filippində güclü zəlzələ baş verib
Filippində 5 bal gücündə zəlzələ baş verib Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri bildiriblər. Məlumata görə, yeraltı təkanlar 24 iyun - çərşənbə günü, yerli vaxtla saat 10:04-də (Bakı vaxtı ilə 06:04-red.) qeydə alınıb. Bildirilir ki, zəlzələnin maqnitudası 5-ə çatıb. Seysmoloqlar bu cür təkanları orta miqyaslı dağıntılarla nəticələnə biləcək zəlzələ hesab edirlər. Zəlzələnin episentri sahilboyu Balinqasay bölgəsindən 75 kilometr qərb istiqamətində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. İlkin məlumatlara görə, insan itkisi və binaların dağılması halları qeydə alınmayıb, həmçinin sunami xəbərdarlığı da verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər