İdman
Deşama ağır itki: Yığmanın düşərgəsini təcili tərk etdi
Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam komandanın düşərgəsini təcili tərk edib.
Axar.az xəbər verir ki, bu barədə “RMC Sport” nəşrinin jurnalisti Fabris Hokins məlumat yayıb.
“Deşamın anası vəfat edib. Baş məşqçi anasının dəfn mərasimində iştirak etmək məqsədilə ABŞ-dan Fransaya uçub”, - jurnalist bildirib.
Hokinsin sözlərinə görə, Didye Deşam Fransa yığmasının dünya çempionatının 3-cü turu çərçivəsində Norveçlə keçiriləcək oyununda iştirak etməyəcək.
Onu həmin oyunda köməkçisi Gi Stefan əvəz edəcək.
Qeyd edək ki, Fransa-Norveç oyunu iyunun 26-da baş tutacaq.
Mənbə
axar.az