Dünya

Almaniyada şirkətlərin müflisləşmə halları rekord həddə çatıb

24 Jun 2026, 08:32 2 baxış
Almaniyada şirkətlərin müflisləşmə halları rekord həddə çatıb
2026-cı ilin ilk yarısında Almaniyada 12 700 şirkət müflis olub. Oxu.Az bildirir ki, bu barədə "Der Spiegel" jurnalı "Creditreform" kredit tarixçələri bürosuna istinadən xəbər verir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müflisləşmə hallarının sayı 7.8% artıb. Bu, 2013-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir. "Creditreform"un qiymətləndirməsinə əsasən, korporativ müflisləşmələr nəticəsində ilin birinci yarısında dəyən zərər 28.5 milyard avro təşkil edib. Bundan əlavə, 165 min iş yerinin təhlükə altına düşdüyü bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər