Dünya

Çində zooparka "ayı" axtarılır: Kostyumda gəzib ziyarətçiləri əyləndirəcək

24 Jun 2026, 06:00 2 baxış
Çində zooparka "ayı" axtarılır: Kostyumda gəzib ziyarətçiləri əyləndirəcək
Çindəki zooparklardan birində "insan-ayı" vəzifəsi üzrə vakansiya açılıb. xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb. İşçi Henan əyalətində yerləşən "Loxe" zooparkı tərəfindən axtarılır. Vəzifə öhdəliklərinə ayı kostyumunda volyerdə gəzmək və ziyarətçiləri əyləndirmək daxildir. İş zamanı danışmaq qadağandır, yalnız ayı nəriltisini xatırladan səslər çıxarmağa icazə verilir. İşə qəbul olunacaq namizədlər üçün illik əməkhaqqı 100 min yuan (təxminən 25 min manat) müəyyən edilib. "Ayı"ların iş qrafikinə gündəlik altısaatlıq növbələr və ayda dörd istirahət günü daxildir. Onlar, həmçinin turistlərin təqdim etdiyi bütün yeməkləri məmnuniyyətlə qəbul etməlidirlər. Elanda vurğulanır ki, bu, zooparkdakı ən sərbəst işdir: uzanmaq, xəyal qurmaq, tullanmaq, rəqs etmək, ağaclara dırmaşmaq və hətta balıq tutmaq olar. Davranış nə qədər qəribə və absurd olsa, "ayı" ziyarətçilər arasında bir o qədər populyar olacaq. Cinsiyyət məhdudiyyəti olmayan, yalnız 18 yaşdan yuxarı və yaxşı fiziki formada olmağı tələb edən vakansiya böyük maraq doğurub - bir neçə gün ərzində 100-dən çox müraciət daxil olub. Bildirilir ki, artıq heyət komplektləşdirilib.
Mənbə oxu.az