Dünya

Yaddaş problemlərini müəyyənləşdirmək üçün evdə edə biləcəyiniz sadə test

24 Jun 2026, 04:16 2 baxış
Yaddaş problemlərini müəyyənləşdirmək üçün evdə edə biləcəyiniz sadə test
"Evdə edə biləcəyiniz sadə bir test yaddaş problemlərini vaxtında müəyyən etməyə kömək edə bilər". Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı onkoloq Vladimir İvaşkov "Telegram" kanalında məlumat paylaşıb. Həkimin sözlərinə görə, test üçün yaxın bir şəxsdən bir-biri ilə əlaqəli olmayan üç sözü səsləndirməsini xahiş etmək lazımdır. Məsələn, bunlar "alma", "fənər" və "çay" ola bilər. 10 dəqiqə keçdikdən sonra həmin sözləri xatırlayıb təkrarlamaq lazımdır. İvaşkov xəbərdarlıq edir ki, əgər insan bu sözləri xatırlaya bilmirsə, o zaman operativ yaddaşla bağlı problemlərdən şübhələnmək olar. Bu, nevroloq üçün mühüm göstəricidir. Həkimə getməzdən əvvəl bu testdən keçmək və qəbul zamanı nəticələri mütəxəssislə bölüşmək tövsiyə olunur. Həkim vurğulayıb ki, bu, tibbi diaqnoz sayılmasa da, həkimə düzgün suallar verməyə və xəstənin vaxtına qənaət edərək müayinəni daha səmərəli etməyə imkan yaradır.
Mənbə oxu.az

Oxşar Xəbərlər