Dünya

KİV: Almaniyanın ən qədim pivə zavodlarından biri müflis olub

24 Jun 2026, 02:36 2 baxış
KİV: Almaniyanın ən qədim pivə zavodlarından biri müflis olub
Almaniyanın Braunşveyq şəhərində yerləşən və ölkənin ən qədim pivə zavodlarından biri olan "Hofbrauhaus Wolters" şirkəti müflis olduğunu elan edib. Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Mənbənin məlumatına görə, müflisliyin əsas səbəbləri pivəyə tələbatın azalması və istehsal xərclərinin artması olub. Xərclərin yüksəlməsi, o cümlədən, ölkədə elektrik enerjisinin bahalaşması ilə əlaqədardır. Pivə zavodunun təxminən 400 illik tarixi var və onun əsası 1627-ci ildə qoyulub. Bundan başqa, Almaniyada ötən il pivə istehlakı 5.8%, satışı isə 6% azalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər