Dünya
Tramp: "İranla müharibə bərpa olunsa, "işi bitirmək" üçün bir həftədən az vaxt lazım olacaq"
"İranla müharibə yenidən başlayacağı təqdirdə, ABŞ-yə "işi bitirmək" üçün bir həftədən də az vaxt lazım olacaq". Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. "Venesuela özünü əla aparır. Əgər İran məntiqlə və müdrik davransa, o da özünü əla aparır. Əks təqdirdə, biz işi bitirməli olacağıq, buna isə bəlkə də bir həftədən az vaxt lazımdır. Hesab edirəm ki, İran hakimiyyəti etməli olduğunu edəcək. Çünki biz buna nail olmaq istəyirik", - deyə ABŞ lideri Pensilvaniya ştatında çıxışı zamanı iddia edib..
Mənbə
oxu.az