Dünya
Sosial şəbəkələrdə və süni intellekt xidmətlərində kütləvi nasazlıq yaşanır
Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan "Meta"nın platformalarında, həmçinin populyar süni intellekt xidmətlərində kütləvi nasazlıq müşahidə olunur. Oxu.Az xəbər verir ki, istifadəçilər "Facebook", "Instagram" və "WhatsApp" sosial şəbəkələri ilə yanaşı, "Grok", "Claude" və "OpenAI" platformalarına girişdə ciddi çətinliklərlə üzləşiblər. Daha əvvəl "Claude" xidmətində genişmiqyaslı problemlər qeydə alınmışdı. Hazırda isə müxtəlif platformalarda istifadəçilər cavabların gecikməsi, sistemə girişin mümkünsüz olması və digər texniki problemlərdən şikayətlənirlər. Hələlik sözügedən şirkətlər nasazlıqların səbəbləri ilə bağlı rəsmi açıqlama verməyiblər. Hazırda mütəxəssislərin problemlərin aradan qaldırılması istiqamətində intensiv iş apardığı ehtimal edilir.
Mənbə
oxu.az