Dünya

Türkiyə sahillərində mənşəyi məlum olmayan iki dron tapılıb

24 Jun 2026, 01:00 1 baxış
Türkiyə sahillərində mənşəyi məlum olmayan iki dron tapılıb
Türkiyənin Qara dəniz sahilində yerləşən Kastamonu və Samsun vilayətlərində iki pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. Mütəxəssislər onların hansı ölkəyə məxsus olduğunu araşdırırlar. Oxu.Az bu barədə İHA agentliyinə istinadən xəbər verir. Məlumata əsasən, çəkisi 200 kq-dan çox olan dronlardan biri Kastamonu vilayətinin Kuşkayası kəndində, yaşayış evinin yaxınlığındakı bağa düşüb. Yerə çırpılarkən aparatda yanğın baş verib. Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Digər PUA-nı isə Samsun vilayətinin Karataş rayonunda yerli sakinlər aşkar ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər