Dünya
Rusiyada "Aeroflot"un keçmiş rəhbəri həbs edildi
Rusiyanın paytaxtı Moskvada məhkəmə "Svyaz-Bank"ın sağlamlaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan "Aeroflot" aviaşirkətinin keçmiş baş direktoru Mixail Poluboyarinov barəsində həbs qətimkan tədbiri seçib. Oxu.Az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildiriblər. "Məhkəmə Mixail Poluboyarinov barəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə iki ay müddətinə həbs qətimkan tədbiri seçib", - deyə məlumatda qeyd olunur. Mənbə dəqiqləşdirib ki, cinayət işi Poluboyarinovun "Vneşekonombank"da işlədiyi dövrdə yol verdiyi sui-istifadə halları ilə bağlı açılıb. Poluboyarinov 2020-ci ildən 2022-ci ilə qədər "Aeroflot" şirkətinin baş direktoru vəzifəsini tutub.
Mənbə
oxu.az