Dünya

Starmer ehtimal olunan varisi ilə gizli görüş keçirib

23 Jun 2026, 23:48 2 baxış
Starmer ehtimal olunan varisi ilə gizli görüş keçirib
Böyük Britaniyanın Baş naziri Kir Starmer və onun mümkün varisi hesab olunan Mançesterin meri Endi Börnem gizli görüş keçiriblər. xəbər verir ki, bu barədə "Sky News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. "Kir Starmer və Endi Börnem görüşərək təxminən bir saat davam edən gizli danışıqlar aparıblar", - deyə xəbərdə qeyd olunub. Bildirilir ki, bu, Starmerin tezliklə istefa verəcəyini və Leyboristlər Partiyasının lideri seçilməsi üçün seçki keçiriləcəyini elan etməsindən sonra Börnemlə ilk görüşüdür. Tərəflərin söhbətinin məzmunu barədə hələlik rəsmi məlumat verilməyib. Xatırladaq ki, daha əvvəl Starmer vəzifəsindən gedəcəyini açıqlayıb. O, bu qərarı ilə bağlı səhər saatlarında Böyük Britaniya kralı III Karlı məlumatlandırıb.
Mənbə oxu.az