Dünya
SAXAL Livanın cənubunda "Hizbullah" döyüşçülərinin atəşə tutulduğunu açıqlayıb
İsrail hərbçiləri Livanın cənubundakı bufer zonasında buldozer və motosikletlərlə hərəkət edən "Hizbullah" hərəkatının dörd üzvünə atəş açıblar. Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb. "Əli-ət-Tahir dağ silsiləsi ərazisindəki təhlükəsizlik zonasında əsgərlər buldozer və motosikletlərlə hərəkət edən, bufer zonaya daxil olan və əsgərlərə yaxınlaşaraq birbaşa təhlükə yaradan dörd "Hizbullah" terrorçusunu aşkarlayıblar və xəbərdarlıq atəşi açıblar", - deyə açıqlamada bildirilib.
Mənbə
oxu.az