Dünya

ÜST: "Ebola virusu sürətlə yayılır"

23 Jun 2026, 22:12 1 baxış
ÜST: "Ebola virusu sürətlə yayılır"
Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. Oxu.Az un.org-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə hallara operativ reaksiya departamentinin direktoru Abdirahman Mahamud bildirib. Konqo hökumətinin məlumatına görə, laboratoriya şəraitində təsdiqlənmiş 1 048 Ebola yoluxması qeydə alınıb, 267 nəfər ölüb. İlk 250 ölüm epidemiyanın başlanmasından cəmi 37 gün sonra qeydə alınıb. 2014-2016-cı illərdəki Ebola epidemiyası zamanı eyni sayda ölüm 78 gün ərzində, 2018-2019-cu illərdə isə 130 gün ərzində qeydə alınmışdı. Konqoda yeni ştamın yayılması mayın əvvəlində başlayıb. Hazırda ona qarşı nə peyvənd, nə də müalicə vasitəsi mövcuddur. ÜST hesab edir ki, peyvəndin hazırlanması altı aydan doqquz ayadək vaxt apara bilər. Vəziyyəti daha da çətinləşdirən amil xəstəliyin ölkənin silahlı münaqişənin davam etdiyi əyalətlərində yayılmasıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər