Dünya
Pakistanın baş naziri İranla ABŞ arasındakı memorandum barədə danışdı
"İranın raket proqramının məhdudlaşdırılması məsələsi ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunda yer almır və tərəflər arasında müzakirə olunmayıb". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadda İran Prezidenti Məsud Pezeşkianla keçirdiyi danışıqların yekununda bildirib. "Mən tam əminliklə bəyan edirəm ki, qarşılıqlı anlaşma memorandumunda ABŞ və İran arasında ballistik raketlərlə bağlı heç bir qeyd yoxdur. Bu məsələ heç vaxt müzakirə edilməyib, heç vaxt gündəlikdə olmayıb və İran tərəfi onu müzakirə etmək istəməyib", - deyə Şərif bildirib.
Mənbə
oxu.az