Dünya
Madriddə ən hündür göydələnlərdən birində yanğın baş verdi: İnsanlar təxliyə edildilər - VİDEO
İspaniyanın paytaxtı Madriddə yerləşən və ölkənin ən hündür göydələnlərindən biri hesab olunan binada baş verən güclü yanğın səbəbindən insanlar təxliyə ediliblər. Oxu.Az xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. İlkin məlumatlara əsasən, xəsarət alan yoxdur. Tüstüdən yüngül zəhərlənən iki əməkdaşa tibbi yardım göstərilib. Yanğına bina daxilində baş vermiş partlayışın səbəb olduğu deyilir. Yanğın artıq nəzarət altına alınıb. Bina 45 mərtəbədən ibarətdir. Onun hündürlüyü təxminən 248 metrdir.

Mənbə
oxu.az