Dünya
Özbəkistan sərhəd torpaqları müqabilində Qırğızıstana iki kənd verdi
Özbəkistan sərhəd torpaqları müqabilində Qırğızıstana iki kənd verib. Oxu.Az-ın Aif.ru-ya istinadən xəbərinə görə, bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Askat Alaqozov məlumat verib. Məlumata görə, söhbət əvvəllər Özbəkistanın Fərqanə vilayətinin tərkibinə daxil olan Çonqar və Taş-Tobo kəndlərindən gedir. Orada təxminən 2 500 etnik qırğız yaşayır. Bundan əlavə, ölkələr Qırğızıstanın Say kəndindən Tayana qədər olan yolun tikintisi üçün ümumi sahəsi 236 hektar olan torpaq sahələrini də mübadilə ediblər. "Bunun sayəsində dolama yol boyunca 225 km əvəzinə 55 km qət etməklə, Aydarkendən Batkenə getmək mümkün olacaq", - deyə mətbuat katibi izah edib. Ərazi mübadiləsi haqqında sənəd Özbəkistan və Qırğızıstan prezidentləri tərəfindən 2026-cı ilin iyun ayında Sərhəd Delimitasiyası üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası zamanı imzalanıb. Torpaqların rəsmi təhvil verilməsi bütün prosedurlar başa çatdıqdan sonra baş tutacaq.
Mənbə
oxu.az