Dünya

Corcia Meloni İtaliyada seçkinin vaxtından əvvəl keçirilməsinə çalışır - SƏBƏB

23 Jun 2026, 18:40 2 baxış
Corcia Meloni İtaliyada seçkinin vaxtından əvvəl keçirilməsinə çalışır - SƏBƏB
İtaliyanın Baş naziri Corcia Meloni parlament seçkisinin qanunla müəyyən edilmiş müddətdən bir neçə ay əvvəl - 2027-ci ilin aprel ayında keçirilməsinə çalışır. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Meloni səsvermənin daha gec keçiriləcəyi halda reytinqinin azalacağından ehtiyatlanır, həmçinin hesab edir ki, seçki 2027-ci ilin sonunda keçirilərsə, hökumətin büdcənin qəbulu üçün çox az vaxtı olacaq. Qeyd olunur ki, baş nazir bu variantı artıq parlamentin buraxılması və seçkinin təyininə cavabdeh olan Prezident Sercio Mattarellanın Ofisi ilə müzakirə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər