Dünya

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

23 Jun 2026, 17:22 2 baxış
Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var
Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumlar operativ şəkildə əraziyə göndərilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər