Dünya

Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO

23 Jun 2026, 16:28 2 baxış
Pezeşkian Pakistana getdi: Qırıcılar havaya qaldırıldı - VİDEO
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian xarici işlər naziri Abbas Əraqçı ilə birlikdə Pakistana birgünlük dövlət səfərinə gedib. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, iranlı rəsmiləri daşıyan təyyarə Pakistan ərazisinə daxil olduğu ilk andan etibarən bu ölkənin silahlı qüvvələrinə məxsus 6 qırıcı tərəfindən müşayiət olunub. Məlumata görə, İran nümayəndə heyətini qarşılamaq üçün Nur-Xan aviabazasında təntənəli mərasim təşkil olunub. Mərasimə Pakistanın dövlət başçısı Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və xarici siyasət idarəsinin rəhbəri İshaq Dar qatılıblar. Rəsmi səfər çərçivəsində Tehranla İslamabad arasında ikitərəfli əlaqələrin inkişafı ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır. Bundan əlavə, ABŞ və İran arasında mövcud olan münaqişənin həlli istiqamətində Pakistanın vasitəçiliyi ilə bağlı məsləhətləşmələr keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər