Dünya

Çexiya prezidenti NATO sammitindən kənarlaşdırıldığına görə hökuməti məhkəməyə verib

23 Jun 2026, 16:40 2 baxış
Çexiya prezidenti NATO sammitindən kənarlaşdırıldığına görə hökuməti məhkəməyə verib
Çexiya Prezidenti Petr Pavel hökumətin onu Ankarada keçiriləcək NATO (Şimali Atlantika Alyansı) sammitində milli nümayəndə heyətinə daxil etməkdən imtina etməsi ilə bağlı respublikanın Konstitusiya Məhkəməsinə müraciət edib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Respublika prezidentinin nümayəndə heyətinin tərkibindən çıxarılması qərarını presedenti olmayan qərar hesab edirəm. Ona görə də prezidentin və hökumətin ölkənin beynəlxalq arenada, konkret olaraq NATO sammitində təmsil olunması məsələsindəki səlahiyyətlərinin aydınlaşdırılması üçün Konstitusiya Məhkəməsinə apellyasiya göndərdim", - deyə dövlət başçısı bəyanatında bildirib. Məlumata görə, Konstitusiya Məhkəməsi prezidentin apellyasiyasına sürətləndirilmiş qaydada baxacaq. Xatırladaq ki, Çexiya hökuməti iyunun 22-də P.Pavelin milli nümayəndə heyətinin tərkibinə daxil edilməməsi barədə qərar qəbul edib. Qeyd olunub ki, Ankara səfərində nümayəndə heyətinə Baş nazir Andrey Babiş başçılıq edəcək. Sammitdə, həmçinin baş nazirin müavini, xarici işlər naziri Petr Maçinka və müdafiə naziri Yaromir Zuna da iştirak edəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər