Dünya

Oman və İran Hörmüz boğazı ilə bağlı razılığa gəldi

23 Jun 2026, 16:44 1 baxış
Oman və İran Hörmüz boğazı ilə bağlı razılığa gəldi
Oman və İran gəmilərə göstərilən xidmətlərin dəyəri də daxil olmaqla, Hörmüz boğazında gəmiçiliyin gələcək idarə olunmasının müzakirəsi üçün birgə işçi qrupu yaratmaq barədə razılığa gəliblər. Oxu.Az xəbər verir ki, bu barədə İran nümayəndə heyətinin Maskata səfərinin yekunlarına dair iki ölkənin birgə bəyanatında deyilir. "Tərəflər beynəlxalq standartlara uyğun olaraq Hörmüz boğazında gəmiçiliyin gələcək idarə olunması, göstərilən xidmətlər və bununla bağlı xərclər barədə razılığa gəlmək üçün bu məsələ üzrə dialoqu birgə işçi qrupu vasitəsilə davam etdirmək barədə razılığa gəliblər", - deyə Oman Xarici İşlər Nazirliyinin dərc etdiyi sənəddə qeyd olunur. Bildirilir ki, Maskat və Tehran həmçinin bu məsələ ilə bağlı regionun digər sahilyanı ölkələri və maraqlı tərəflərlə məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər. Hər iki ölkə bəyan edib ki, hər hansı yeni razılaşmalar Oman və İranın boğazdakı ərazi suları üzərində suveren hüquqlarına tam şəkildə riayət etməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər