İdman

"Turan Tovuz"da ayrılıq: Milli komandamızın üzvü klubu tərk etdi

23 Jun 2026, 15:24 1 baxış
"Turan Tovuz"da ayrılıq: Milli komandamızın üzvü klubu tərk etdi
"Turan Tovuz" oyunçusu Ayxan Hüseynovla yollarını rəsmən ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, yarımmüdafiəçinin klubla olan müqaviləsinin müddəti başa çatıb və tərəflər arasında yeni sözləşmənin imzalanmamasına qərar verilib. Xatırladaq ki, "Turan Tovuz"la vidalaşan Ayxan Hüseynov həm də futbol üzrə Azərbaycan milli komandasının üzvüdür.
Mənbə oxu.az

Oxşar Xəbərlər