Dünya

İran ilə ABŞ arasında növbəti görüş olacaq - ANONS EDİLDİ

23 Jun 2026, 15:44 2 baxış
İran ilə ABŞ arasında növbəti görüş olacaq - ANONS EDİLDİ
Hörmüz boğazı beynəlxalq dəniz nəqliyyatı və ticarət gəmilərinin hərəkəti üçün tam açıqdır. Oxu.Az xəbər verir ki, bu barədə İslam Respublikasının Cenevrədə yerləşən BMT ofisindəki daimi nümayəndəsi Əli Bəhreyni məlumat verib. "Təbii ki, Hörmüz boğazı kommersiya məqsədləri üçün tamamilə açıqdır və gəmilərin keçidi heç bir rüsum alınmadan həyata keçirilir", - deyə, o, Cenevrədə keçirilən brifinqdə verilən sualı cavablandırarkən qeyd edib. Ə.Bəhreyni həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi hədə-qorxular İsveçrənin Bürgenstok şəhərindəki danışıqlar prosesini ciddi risk altına atıb. "ABŞ rəhbərinin bəyanatları Bürgenstokdakı müzakirələr zamanı bəzi çətinliklər yaratdı. Bu cür çıxışlar prosesi çox ciddi təhlükə ilə üz-üzə qoydu. Birləşmiş Ştatlar İranla müzakirələr aparmağa və yaranmış problemləri həll etməyə hazır olduğunu nümayiş etdirdikcə, İran da dialoqda iştirakını və danışıqları davam etdirəcək. Hərbi müdaxilə ehtimalları mümkün fəaliyyət variantları siyahısından həmişəlik çıxarılmalıdır. Hesab edirəm ki, artıq hər kəsə aydın olmalıdır: İrana qarşı hərbi addımlar heç bir nəticə verməyəcək", - deyə danışıqların gedişatını şərh edən diplomat bildirib. Eyni zamanda, İran rəhbərliyi ABŞ-İran anlaşma memorandumunun icrası çərçivəsində İsraildən Livana yönəlik hücumları dayandırmağı və hərbi qüvvələrini Livan torpaqlarından çıxarmağı tələb edib. "İlk növbədə, Livan məsələsinə gəldikdə, biz anlaşma memorandumunun bütün iştirakçılarına birmənalı şəkildə bildirdik ki, Livan xalqına qarşı aparılan müharibəyə son qoyulmalıdır. Buna görə də Livana qarşı heç bir hücum olmamalı və İsrail qoşunları Livan ərazisini tərk etməlidirlər", - deyə İslam Respublikasının Cenevrədəki BMT ofisindəki daimi nümayəndəsi Əli Bəhreyni məlumat verib. İran ilə ABŞ arasında növbəti görüşün keçirilməsi ilə bağlı da sualı cavablandıran diplomat onu da qeyd edib ki, Vaşinqton ilə yeni yüksək səviyyəli görüşlər olacaq, lakin vaxt hələ müəyyən edilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər