Dünya
Rumıniya parlamenti yeni hökumətin tərkibini təsdiqləmədi
Rumıniya parlamenti yeni hökumətin təyinatını təsdiqləməyib. Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, yeni kabinetin siyahısını bir gün əvvəl baş nazir postuna namizəd Aleksandr Veştya qanunverici orqana təqdim edib. Məlumata görə, ümumilikdə 466 deputat və senatordan 284-ü iclasda iştirak edib, 212-si isə səsverməyə qatılıb. Hökumətin formalaşmasının lehinə 189 səs verilib. Yeni hökumətin təsdiqlənməsi üçün isə 233 səs tələb olunurdu. Xatırladaq ki, mayda Rumıniya parlamenti İlie Bolojanın (Milli Liberal Partiyası) rəhbərlik etdiyi hökumətə etimadsızlıq göstərib. Həmin vaxt Nazirlər Kabinetinin istefasının lehinə 281 deputat və senator səs verib, cəmi 4 nəfər bunun əleyhinə çıxıb.
Mənbə
oxu.az