Dünya

Donald Tramp: "Starmer yaxşı insandır, ancaq problemləri var"

23 Jun 2026, 13:52 2 baxış
Donald Tramp: "Starmer yaxşı insandır, ancaq problemləri var"
Böyük Britaniyanın Baş naziri Kir Starmerin siyasi nüfuzuna energetika və miqrasiya sahələrindəki siyasəti ciddi zərbə vurub. Oxu.Az xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mətbuat nümayəndələri ilə söhbəti zamanı səsləndirib. Bununla yanaşı, Ağ Ev lideri Starmeri yaxşı insan və özünün dostu adlandırıb. "O, həqiqətən yaxşı insandır. Müəyyən mənada mənim dostumdur. Onun iki əsas problemi var - energetika və miqrasiya. Həmçinin cinayətkarlıq. Lakin ilk növbədə məhz energetika və miqrasiyadır", - deyə ABŞ dövlət başçısı vurğulayıb. Xatırladaq ki, Kir Starmer istefası barədə bir gün əvvəl məlumat verib. Hökumət rəhbəri çıxışında bildirib ki, qəbul etdiyi hər bir qərar sevdiyi ölkənin maraqlarını hər şeydən üstün tutmaq istəyinə əsaslanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər