İdman
Amerikalı idmançı İran millisinə çağırıldı
Amerikalı basketbolçu Rayan Salehi-Rad İran milli komandanın düşərgəsinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, bununla bağlı İranın kişilərdən ibarət basketbol millisinin baş məşqçisi Sotiris Manolopoulos qərar verib.
ABŞ vətəndaşı olan Salehi-Rad bundan əvvəl Amerika universitet və kollec komandalarında oynayıb.
O, İran milli basketbol komandasının 2027-ci il Dünya Kuboku seçmə mərhələsinin İordaniya və Suriyaya qarşı təxirə salınmış oyunlarında iştirak edəcək.
Mənbə
axar.az