İdman
"Qarabağ”dan ayrılan qapıçının yeni klubu bəlli oldu
"Qarabağ”dan ayrılan Fabian Buntiçin yeni klubu bəlli olub.
Axar.az xəbər verir ki, xorvatiyalı qapıçı Portuqaliyanın 2-ci liqa təmsilçisi "Farense”yə transfer olunub.
Bu barədə klub rəsmi məlumat yayıb.
"Farense” yeni transferini azarkeşlərə təqdim edərək, "Xoş gəldin, Buntiç!” mesajını paylaşıb.
Qeyd edək ki, Fabiyan Buntiç 2024-cü ildə Almaniyanın "İnqolştadt” klubundan "Qarabağ”a transfer olunmuşdu.
Mənbə
axar.az