Dünya

Kim Çen In nüvə texnologiyalarını gücləndirmək planlarından danışdı

23 Jun 2026, 12:32 1 baxış
Kim Çen In nüvə texnologiyalarını gücləndirmək planlarından danışdı
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ-nin hərəkətləri və Yaxın Şərqdəki vəziyyət fonunda nüvə potensialını sürətləndirilmiş templərlə artırmaq planları barədə məlumat verib. Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) Şimali Koreya liderinin çıxışına istinadən xəbər yayıb. Kim Çen In qeyd edib ki, ABŞ və Cənubi Koreyanın müştərək hərbi təlimləri, kəşfiyyat əməliyyatları, habelə nüvə məsələləri üzrə məsləhət qrupunun toplantılarında KXDR-ə qarşı əhatəli nüvə müharibəsi ssenarilərinin hazırlanması Koreya yarımadasında durumu gərginləşdirir. Kim Çen Inın müharibədən çəkindirmək üçün nüvə texnologiyasının təkmilləşdirilməsinin vacibliyini, perspektiv inkişafından danışıb. O, nüvə texnologiyası əsasında sürətləndirilmiş templərlə daha möhtəşəm, yenilikçi və ruhlandırıcı planların həyata keçiriləcəyini vurğulayıb. KXDR lideri həmçinin qeyd edib ki, Vaşinqtonun davranışları səbəbindən Yaponiya kimi "ABŞ-nin peyk dövlətləri" mövcud vəziyyəti hərbi güclərinin artırılmasına mane olan bütün buxovları açmaq üçün "təkrarolunmaz şans" hesab edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər