Dünya

Kubada inqilabçının ölümü ilə əlaqədar milli matəm elan edildi

23 Jun 2026, 10:36 2 baxış
Kubada inqilabçının ölümü ilə əlaqədar milli matəm elan edildi
Kubanın dövlət başçısı Migel Dias-Kanel məşhur inqilabçı, Fidel və Raul Kastronun yaxın silahdaşı olmuş Ramiro Valdes Menendesin ölümü ilə əlaqədar 23 iyun tarixini ölkədə milli matəm günü elan edib. Oxu.Az "Cubadebate" rəsmi portalına istinadən xəbər verir ki, matəm 23 iyun saat 06:00-dan (Bakı vaxtı ilə 14:00) 00:00-dək (24 iyun Bakı vaxtı ilə 08:00) davam edəcək. Ölkə liderinin göstərişinə əsasən, matəm müddətində bütün ölkə üzrə dövlət qurumlarının binalarında bayraqlar yarıya qədər endiriləcək. Valdes Menendes iyunun 21-də 94 yaşında vəfat edib. O, müxtəlif dövrlərdə Kuba hökumətində və Kommunist Partiyasında yüksək vəzifələr tutub, 2009-cu ildən etibarən isə ölkənin baş nazirinin müavini kimi fəaliyyət göstərib. İnqilabçı ömrünün son günlərinə qədər Kubanın müxtəlif şəhərlərində keçirilən kütləvi aksiyalarda Raul Kastro ilə birlikdə ictimaiyyət qarşısına çıxıb. Valdes Menendeslə rəsmi vida mərasiminin iyunun 23-də təşkil olunması planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər