Dünya
Fransada anomal istilər 18 nəfərin həyatına son qoyub
Fransada müşahidə edilən qeyri-adi istilər cəmi iki gün içərində 18 nəfərin ölümünə səbəb olub. Onların arasında 2 və 4 yaşlı iki uşaq da var. İyunun 22-də ölkənin bir sıra bölgələrində havanın hərarəti 40 dərəcəni keçib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Uşaqlar bağlı maşında huşlarını itirərək can veriblər. Həmçinin, ölənlər arasında yaşı 80 ilə 95 arasında dəyişən üç ahıl insan da yer alır. Əlavə olaraq, 13 nəfər təhlükəsiz hesab edilməyən ərazilərdə çimərkən suda boğularaq ölüb. Fransanın müəyyən hissələrində isti havanın temperaturu 42 dərəcəyə qədər yüksəlib. Bəzi bölgələrdə isə istilər 1947-ci ilin müvafiq rekord göstəricisini geridə qoyub. Bordo bölgəsində havanın hərarəti 41.9 dərəcəyə çataraq, ötən ilin avqust ayında qeydə alınan tarixi rekordu yeniləyib.
Mənbə
oxu.az