İdman
DÇ-2026-da növbəti mərhələ şansını itirən daha bir komanda bəlli oldu
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə 2026-cı il dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanmaq ümidlərini itirən dördüncü komandanın adı məlum olub. Oxu.Az xəbər verir ki, bu, J qrupunun II turunda Əlcəzair komandasına 2:1 hesabı ilə məğlub olan İordaniya yığması olub. Qeyd edək ki, bundan öncə daha üç komandanın - Türkiyə, Haiti və Tunisin 1/16 finala yüksəlmək şansından məhrum olduğu dəqiqləşmişdi. Xatırladaq ki, İordaniya yığması qrup mərhələsinin III turunda Argentina ilə üz-üzə gələcək.
Mənbə
oxu.az