İdman

DÇ-2026: Əlcəzair yığmasından möhtəşəm geridönüş - VİDEO

23 Jun 2026, 09:04 1 baxış
DÇ-2026: Əlcəzair yığmasından möhtəşəm geridönüş - VİDEO
Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində İordaniya və Əlcəzair yığmaları qarşılaşıb. Oxu.Az xəbər verir ki, qarşılaşma Əlcəzairin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 36-cı dəqiqəsində Nizar Əl-Rəşdan İordaniya yığmasını önə çıxarsa da, ikinci hissədə Əlcəzair geridönüş etməyi bacarıb. Qarşılaşmanın 69-cu dəqiqəsində Nadir Benbuali, 82-ci dəqiqəsində isə Amin Quiqinin qolları Əlcəzairə qələbə qazandırıb. Hazırda Argentina 6 xalla J qrupunun lideridir. Hərəyə 3 xal toplayan Avstriya və Əlcəzair yığmaları 2-ci və 3-cü yerləri bölüşürlər. İordaniya isə 0 xalla sonuncudur.
Mənbə oxu.az

Oxşar Xəbərlər