Dünya

Ağ Ev: "Donald Tramp milli maraqlara xidmət etməyən heç bir sənədi imzalamayacaq"

23 Jun 2026, 09:56 3 baxış
Ağ Ev: "Donald Tramp milli maraqlara xidmət etməyən heç bir sənədi imzalamayacaq"
"ABŞ Prezidenti Donald Tramp yalnız ölkənin maraqlarına və milli təhlükəsizlik tələblərinə uyğun gələn sazişlərə imza atacaq". Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt "Fox News" telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner Amerika xalqının mənafelərini tam təmin edəcək yekun müqavilənin əldə olunması məqsədilə danışıqlar prosesini davam etdirəcəklər. "Əminəm ki, Prezident Tramp dövlətimizin və milli təhlükəsizliyimizin maraqlarına xidmət etməyən heç bir sənədi imzalamayacaq. O, hər zaman Amerikanın maraqlarını ön planda tutur", - deyə Levitt vurğulayıb. Qeyd edək ki, iyunun 18-də ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılmasını, 60 gün ərzində yekun saziş üzrə danışıqların aparılmasını, sanksiyaların mərhələli şəkildə ləğvini və İranın nüvə proqramının müzakirəsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb. Bu sənəd Pakistanın vasitəçiliyi ilə məsafədən təsdiqlənib. Bundan sonra İsveçrədə Pakistan və Qətərin vasitəçiliyi ilə İran və ABŞ arasında yeni danışıqlar baş tutub. Yekunda tərəflər gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin edəcək mexanizmin yaradılması barədə razılığa gəliblər. Vasitəçilər həmçinin 60 gün müddətində yekun sülh müqaviləsinin hazırlanması üçün "yol xəritəsi"nin razılaşdırıldığını bildiriblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər