Dünya

İran-ABŞ danışıqlarından sonra dörd işçi qrupu yaradıldı

23 Jun 2026, 08:50 2 baxış
İran-ABŞ danışıqlarından sonra dörd işçi qrupu yaradıldı
Amerika Birləşmiş Ştatları ilə aparılan texniki müzakirələrin nəticəsi olaraq dörd işçi qrupu təşkil edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Press TV" İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadinin sözlərinə istinadən məlumat yayıb. Bildirilib ki, həmin qruplar sanksiyaların götürülməsi, nüvə məsələləri, yenidənqurma və iqtisadi inkişaf sahələri, eləcə də monitorinq prosesləri üzrə fəaliyyət göstərəcəklər. Qəribabadi, eyni zamanda, İrana məxsus 12 milyard dollar həcmindəki (hər biri 6 milyard dollar olmaqla iki tranşla) dondurulmuş vəsaitin sərbəst buraxılmasına dair razılaşmanın əməliyyat mərhələsinə keçdiyini bildirib. Bundan əlavə, gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi üçün xüsusi mexanizm və Livan ərazisində Qətər və Pakistanın iştirakı ilə münaqişələrin qarşısının alınması bölməsi təsdiq edilib. "Texniki danışıqlar prosesində İran neftinin, neft-kimya məhsullarının və onlarla bağlı olan bütün xidmətlərin satışı üçün baş lisenziyanın verilməsi istiqamətində lazımi addımlar atılıb, dondurulmuş aktivlərin sərbəst buraxılması ilə bağlı razılaşmalar əldə olunub. Nəticə etibarı ilə, ABŞ tərəfi neft və neft-kimya məhsullarının, həmçinin əlaqəli xidmətlərin satışına dair baş lisenziyanı təqdim edib", - deyə nazir bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər